"Barselona" futbolçusu Lamin Yamal ilə müqaviləsini uzadacaq.
Newsport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 17 yaşlı vingerin hazırkı sözləşməsu 2026-cı ilin yayına qədərdir.
Kataloniya klubu artıq yeni müqavilə üçün Yamalla razılığa gəlib. Onun zöləşməsi 2029/2030 mövsümünün sonuna kimi uzadılacaq.
Qeyd edək ki, Yamal bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 11 oyun keçirib, 5 qol vurub və 5 qolun ötürməsini verib.