MY “Bavariya”nın 3 futbolçusunu istəyir

“Mançester Yunayted” “Bavariya”nın 3 futbolçusu ilə maraqlanır. Newsport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi nəticələri yaxşılaşdırmaq və stabil oyun ortaya qoymaq üçün heyəti gücləndirmək niyyətindədi.

Bunun üçün yüksək səviyyəli transferlər lazım olacaq. Premyer Liqa təmsilçisi Alfonso Devis, Leroy Sane və Leon Qoretska ilə maraqlanır. İngilislər Devisi azad agent kimi imzalamağı gözləyirlər. Onun münhenlilərlə müqaviləsi mövsümün sonuna qədərdi. 23 yaşlı kanadalı Daniel Karvahalın mümkün əvəzləyicisi kimi “Real”ın maraq dairəsindədi.

“Bavariya” ilə sözləşməsi mövsümün sonuna qədər olan Sane həmçinin “Barselona” və Premyer Liqa klubları tərəfindən izlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right