Ermənistan millisi baş məşqçisini qovdu

Ermənistan millisi baş məşqçisi Aleksandr Petrakovla yollarını ayırıb. Newsport.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bəyanatda Petrakovun istefaya göndərildiyi vurğulanıb: “Aleksandr Petrakov artıq yığmanın baş məşqçisi deyil. O, vəzifəsindən çıxarılıb”.

Qeyd edək ki, Ermənistan yığması ötən gün Millətlər Liqası çərçivəsində evdə Şimali Makedoniyaya 0:2 hesabı ilə uduzub. Komanda C Liqasının 4-cü qrupunda 4 xalla ikinci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right