Slovakiya millisinin üç futbolçusu Azərbaycana qarşı oynamayacaq

Slovakiya millisi Millətlər Liqasının C1 qrupunun IV turunda Azərbaycanla Bakıda keçirəcəyi oyundan öncə üç itki yaşayıb.

Newsport.az-ın məlumatına görə, Slovakiya millisinin çalışdırıcısı Françesko Kaltsona İsveçlə matçda (2:2) zədələnən Adam Obert, eləcə də növbəti dəfə cəzalanan Denis Vavronun xidmətindən istifadə edə bilməyəcək.

Matuş Bero isə dünənki məşqdə zədələnib.

Azərbaycan - Slovakiya oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right