"Atletiko" və Argentina millisinin yarımmüdafiəçisi Rodriqo de Paul İngiltərəyə yollanmağa hazırlaşır.
Newsport.az-ın məlumatına görə, argentinalı "Mançester Yunayted"in maraq dairəsindədir.
Hazırda tərəflər arasında danışıqlar aparılır. "Qırmızı şeytanlar" Paul üçün 30 milyon avro ödəməyə hazırdır.
Rodriqonun "Atletiko" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
30 yaşlı futbolçu "Rasinq"(Argentina), "Valensiya", "Udineze"də də oynayıb.