Azərbaycan millisinə qol vuran: "Bunu çoxdandır gözləyirdik"

Estoniya millisinin futbolçusu İoan Yakovlev Millətlər Liqasının C1 qrupunun 3-cü turunda Azərbaycan yığması üzərində Tallində qazandıqları qələbəni (3:1), eləcə də bu görüşdə vurduğu qolu şərh edib.

Newsport.az-ın məlumatına görə, estoniyalı millimizlə görüş haqda bunları deyib:

"Mən çox xoşbəxtəm. Bu, mənim start heyətində ilk oyunum və ilk qolumdur. Ailəmlə birlikdə bunu çoxdandır gözləyirdik. Qələbə qazanmağımız çox yaxşıdır. Özümü çox xoşbəxt hiss edirəm".

Qeyd edək ki, Estoniya – Azərbaycan (3:1) görüşündə ilk qolu məhz Yakovlev vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right