Niderland millisinin baş məşqçisi Ronald Kuman "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun hazırkı formasından danışıb.
Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis millinin üzvü haqda bunları deyib:
"O, oktyabrın əvvəlində zədə səbəbindən meydançada oynamamışdı. Keçən həftə telefonla danışdıq və hörmətlə yanaşaraq deyim ki, Frenki hələ də optimal formadan çox uzaqdır. Bir az oynadı və narahat olmağa başladı. Onun üçün asan olmadı. Frenki tam hazır olmaq üçün hələ də oynamalıdır. Məncə o, öz formasından hələ çox uzaqdır".