Almaniya millisinin sabiq futbolçusu Toni Kroos məşqçilik kurslarına yazılıb.
Newsport.az-ın məlumatına görə, almaniyalı UEFA-nın B kateqoriyalı məşqçilik proqramı çərçivəsində təhsil alacaq.
"Real"ın dəstəyi ilə məşq üçün qeydiyyatdan keçən alman klubun bazasında bəzi dərslərə qatılacaq.
Kroos lap əvvəldən uşaq futbol akademiyası yaradıb, lakin peşəkar məşqçi olmaq arzusunu açıqlamayıb. Toni bu yay aktiv futbolçu karyerasını başa vurub.
O, “Bavariya”, “Bayer”, “Real”da oynayıb.