"Portu"nun qapıçısı Dieqo Kaşta Avropanın nəhəng klublarının transfer siyahısında yer alır.
Newsport.az xəbər verir ki, "Barselona" və "Mançester Siti" portuqaliyalı qolkiperi heyətinə qatmaq istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Hər iki klub 2025-ci ilin yayında Koştanı transfer etməyi planlaşdırır. "Mançester Sİti"nin bu mübarizədə daha öndə olduğu bildirilir.
Qeyd edək ki, Dieq Koşta "Portu"nun yetirməsidir. Portuqaliya millisinin üzvünün klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.