“İndi bizim hər şeyi qazanmağa qadir komandamız var”

“Barselona”nın müdafiəçisi Alexandro Balde klubun iddiaları haqda danışıb.

Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, indi hər şeyi qazanmağa qadir komandalarının olduğunu bildirib:

“İndi bizim hər şeyi qazanmağa qadir komandamız və çox yaxşı oyunçularımız var. Zədəli futbolçular meydana qayıdanda bizə çox kömək edəcəklər”.

20 yaşlı müdafiəçi cari mövsümdə 10 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.

“Barselona” 9 turdan sonra İspaniya La Liqasının turnir cədvəlində 1-ci yerdədir. Kataloniya komandasının aktivində 24 xal var.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right