Almaniya yığmasının sabiq hücumçusu Lukas Podolski vida matçını 50 min azarkeşin önündə keçirib. Qarşılaşma oktyabrın 10-da Köln şəhərinin stadionunda baş tutub.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra Almaniya millisi ilə DÇ-2014-ün qalibi olmuş sabiq futbolçu azarkeşlər tərəfindən çoxlu alqışlarla qarşılanıb.
“Podolskinin komandası” ilə “Köln” arasında keçirilən görüşdə birincilər qalib gəlib. Podolski ilk hissədə hesabı açıb. Oyun “Podolskinin komandası”nın 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda Podolskinin bir sıra məşhur keçmiş komanda yoldaşları, o cümlədən Manuel Noyer, Mats Hummels, Per Mertezaker, həmçinin, məşqçilər Hans-Diter Flik və Yoahim Löv də iştirak edib.