“Sassuolo”nun yarımmüdafiəçisi Domeniko Berardi ötən il İtaliya A Seriyasında başqa kluba keçmək istədiyini etiraf edib.
Newsport.az-ın məlumatına görə, italiyalı futbolçu keçən il “Yuventus”a keçmək istədiyini bildirib:
“Keçən il “Yuventus”a keçmək istəyirdim, lakin klublar razılığa gələ bilmədilər. Mən məyus oldum, klubla mübahisə etdim. Çünki transfer üçün münasib vaxt idi”.
“Yuventus” 30 yaşlı yarımmüdafiəçinin transferində çox maraqlı olub.
Berardi cari İtaliya A Seriyasında 1 matçda 1 məhsuldar ötürmə edib. O, ötən mövsümü 9 qol və 5 məhsuldar ötürmə ilə başa vurmuşdu.