“Barselona”nın keçmiş futbolçusu İspaniyaya qayıda bilər

“Fulhem”in hücumameyilli yarımmüdafiəçisi Adama Traore karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı futbolçu ilə üç klub maraqlanır. Bu klublar “Atletiko”, “Real Sosyedad” və “Vilyarreal”dır.

Futbolçu 2022-ci ildə icarə əsasında İspaniyada “Barselona”da forma geyinib.

Traore İngiltərə Premyer Liqasının bu mövsümündə 7 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right