İngiltərə uduzdu, İtaliya xal itirdi Yenilənib

UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turuna start verilib.

Newsport.az-ın məlumatına görə, bu gün 10 oyun baş tutub.

Günün mərkəzi qarşılaşması A Liqasında İtaliya ilə Belçika yığmaları arasında baş tutub. Bu oyunda qalib müəyyənləşməyib. Fransa yığması isə səfərdə İsrail üzərində darmadağına sevinib.

B Liqasında İngiltərə yığması Yunanıstanla ev oyunundan məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, Azərbaycan millisi 3-cü tur oyununu bu gün səfərdə Estoniyaya qarşı keçirəcək.

UEFA Millətlər Liqası

3-cü tur

10 oktyabr

A Liqası

2-ci qrup

22:45. İsrail – Fransa - 1:4

Qollar: Qandelman, 24 – Kamavinqa, 7. Nkunku, 28. Genduzi, 87. Barkola, 89.

22:45. İtaliya – Belçika - 2:2

Qollar: Kambyazo, 1. Reteqi, 24 – De Kuyper, 42. Trossard, 61.

Xallar: İtaliya – 7, Fransa – 6, Belçika – 4, İsrail – 0.

B Liqası

2-ci qrup

22:45 İngiltərə – Yunanıstan - 1:2

Qollar: Bellingem, 87 – Pavlidis, 49; 90+4.

22:45 Finlandiya – İrlandiya - 1:2

Qollar: Pohyanpalo, 17 – Skales, 57. Bradi, 88

Xallar: Yunanıstan – 9, İngiltərə – 6, İrlandiya – 3, Finlandiya – 0

3-cü qrup

22:45. Avstriya – Qazaxıstan - 4:0

Qollar: Baumqartner, 10. Linhart, 53. Zabitser, 56. Zeydl, 79.

22:45. Norveç – Sloveniya - 3:0

Qollar: Haland, 7; 62. Sörlot, 52.

Xallar:  Norveç – 7, Avstriya – 4, Sloveniya – 4, Qazaxıstan – 1

C Liqası

4-cü qrup

20:00. Latviya – Şimali Makedoniya - 0:3

Qollar: Atanasov, 35. Qamili, 70. Elmas, 90+3.

22:45. Farer adaları – Ermənistan - 2:2

Qollar: Benyaminsen, 37. Byartalid, 85 – Zelarayan, 44. Manvelyan, 90+3.

Xallar: Şimali Makedoniya – 7, Ermənistan – 4, Latviya – 3, Farer adaları – 2

D Liqası

2-ci qrup

20:00 Moldova – Andorra - 2:0

Qollar: İonita, 31. Kojokaru, 90+5.

Xallar: Moldova – 6, Malta – 3, Andorra – 0

1-ci qrup

22:45. Cəbəllütariq – San Marino - 1:0

Qol: Britto, 62

Xallar:  Cəbəllütariq – 4, San Marino – 3, Lixtenşteyn – 1





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right