Hücumçu Kilian Mbappe “Real”ın son matçlarında iştirak etsə də, Fransa millisinə dəvət almayıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti futbolçunun sağaldığını bildirib. Madrid klubunun Fransa millisinə təzyiq göstərməsi ilə bağlı da söz-söhbətlər yayılıb. “Real”ın və Fransa yığmasının yarımmüdafiəçisi Orelyen Tçuameni bu məsələyə münasibət bildirib:
“Mən Mbappe ilə danışdım, onun fiziki problemləri var. Klub tərəfindən heç bir təzyiq yoxdur”.
UEFA Millətlər Liqasında İsrail yığması ilə matçda Fransa millisinin kapitanı Tçuameni olacaq.