Kilian Mbappe Fransa millisinə dəvət edilmədiyi üçün yığmada yeni kapitan seçilib.
Newsport.az "Footmercato"ya istinadən xəbər verir ki, kollektiv "Real"ın futbolçusu Orelyen Tçuameniyə üstünlük verib.
Fransa millisi oktyabrın 10-da Millətlər Liqası çərçivəsində İsraillə üz-üzə gələcək. Budapeştdə keçirilək oyuna 22:45-də start veriləcək.
Qeyd edək ki, Fransa millisinin digər kapitanı Antuan Qrizmann milli karyerasını başa vurub.