Rusiyanın "Zenit" qadın futbol klubunun kapitanı Kseniya Tsıbutoviç Azərbaycanda, "Gömrükçü"dəki qısa müddətlik karyerasını xatırlayıb.
Newsport.az "Championat.com" nəşrinə istinadən xəbər verir ki, rusiyalı futbolçu ölkəmizdə onlara qarşı xoş münasibətin olduğunu bildirib:
"Azərbaycandakı karyeram haqda nə deyə bilərəm? Düzü, özüm harasa getmək haqda düşünmürdüm. "Çertanovo"ya əcnəbi məşqçi gəldi və dedi ki, Çempionlar Liqası üçün futbolçu lazımdır. Ayrılmaq istəyib-istəmədiyimizi də soruşmadılar. Sadəcə olaraq bizi Azərbaycana "Gömrükçü" klubuna göndərdilər. Sadəcə icarə əsasında baş verdi. Həmin an Çempionlar Liqasının nə olduğunu və hansı səviyyəli rəqabət olduğunu da bilmirdim. İki həftə məşq etdik, daha sonra oyuna çıxdıq və iki oyunda da uduzduq. Belədə, turnirdən kənar qaldıq. Sonradan isə Rusiyaya qayıtdıq. Amma xatırladığım məqamlar var. Xüsusilə də, əla məşq meydançalarını, futbol bazalarını xatırlayıram. Komandada işləyənlər də çox qonaqpərvər idilər.
Biz yaxşı qidalanırdıq. İlk dəfə idi ki, səhər yeməyində qara kürü yeyirdim".