“Barselona” Fransa klubunun müdafiəçisi ilə maraqlanır

“Lill”in müdafiəçisi Tyaqo Santoş karyerasını İspaniya La Liqasının aparıcı klubunda davam etdirə bilər.

Newsport.az “Tribal Football”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Barselona”nın maraq dairəsinə düşüb.

22 yaşlı müdafiəçinin transfer dəyəri 15 milyon avrodur. O, ötən yaydan “Lill”də çıxış edir. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyunun sonunda başa çatacaq.

Santoş Fransa çempionatının bu mövsümündə 7 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right