PSJ-nin qapıçısı Canluici Donnarumma Liqa 1-in 7-ci turunda "Nitsa" ilə heç-heçəni (1:1) şərh edib.
Newsport.az xəbər verir ki, “L`Equipe” nəşrinə danışan italiyalı qolkiper tənqidlərə də hazır olduğunu söyləyib:
"İlk hissə çox yaxşı alınmadı, daha yaxşı oynamalıyıq. Əlavə etməliyik ki, bu son dərəcə vacibdir. İkinci hissədə daha yaxşı oynadıq. Daha bir qol buraxdığımız üçün çox əsəbiləşirəm. Çünki daha aqressiv olmalıyıq. Tənqid mənə təsir etmir, mən buna hazıram".
Qeyd edək ki, PSJ 7 turdan sonra 17 xalla ikinci pillədədir. Lider isə 19 xalla “Monako”dur.