Rusiyaya növbəti rədd cavabı

Qırğızıstan milli komandası noyabr ayında Rusiya ilə yoldaşlıq oyunu keçirə bilməyəvək.

Newsport.az xəbər verir ki, bu barədə Qırğızısan Futbol İttifaqının baş katibi Nurdin Bukuev açıqlama yayıb. O, bildirib: 

“Milli komandamız Asiya regionunun seçmə mərhələsində iştirak edir. Bu o deməkdir ki, iyuna qədər sıx oyun qrafiki olunacaq. İki gündən sonra Qətərlə oynayacağıq, oktyabrın 15-də isə Şimali Koreyanı qəbul edəcəyik. Noyabrın 14-də BƏƏ ilə səfər, 18-də isə evdə İranı qəbul edirik".

Oktyabrın 7-dən oktyabrın 15-dək Rusiya millisi təlim-məşq toplanışı keçirəcək. Lakin komandaya hələ də rəqib tapılmayıb. Ötən gün isə Tacikistan yığması Rusiya ilə matçdan imtina edib.

Xatırladaq ki, 2022-ci ilin fevral ayından FİFA və UEFA-nın qərarı ilə bütün Rusiya milliləri və yerli komandalar beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Buna səbəb Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right