"Yuventus"un sabiq kapitanı Alessandro Del Pyeronun qızı Dorotea "Yuventus"un gənclərdən ibarət komandasında çıxış edəcək.
Newsport.az xəbər verir ki, bu barədə "Tuttomercato" məlumat yayıb. 15 yaşlı futbolçu Turin təmsilçisinin qadınlardan ibarət U-17 komandasının formasını geyinəcək.
Dorotea 2009-cu ildə ABŞ-da doğulub. O, Los-Ancelesdə böyüyüb və burada Amerika futbolu ilə məşğul olub.
Qeyd edək ki, Alessandro Del Piero 1993-2012-ci illərdə "Yuventus"da çıxış edib. Futbolçu klub tarixinin bombardiridir (705 maçda 290 qol).