“Liverpul” futbolçusu Carell Quansa ilə müqaviləni uzadıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı mərkəz müdafiəçisi ilə sözləşmənin müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.
Qeyd edək ki, Quansa 2023-cü ilin yayından “Liverpul”un əsas komandasında çıxış edir. O, bu mövsüm Premyer Liqada 1 oyunda oynayıb.