"Qalatasaray"ın futbolçusu əməliyyat olunacaq

"Qalatasaray" klubu itki ilə üzləşib. Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin yeni transferlərindən olan İsmail Yakobs sıradan çıxıb.

O, "Alanyaspor"la görüşdə dizindən zədələnib. Tibbi müayinədən sonra seneqallı müdafiəçinin əməliyyata ehtiyacı olduğu üzə çıxıb. Əməliyyat bu həftə baş tutacaq.

Qeyd edək ki, Yakobs "Qalatasaray"da 6 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right