Türkiyə futbolunda qalmaqal: Hakimin lisenziyası ləğv olundu

Türkiyə Futbol Federasiyası (TFF) cinsi məzmunlu videonun yayılmasından sonra hakim-inspektor Orhan Erdemir və qadın hakim Elif Karaarslanın lisenziyalarını ləğv edib. Newsport.az xəbər verir ki, qalmaqal internetdə 61 yaşlı Erdemirin 24 yaşlı Karaarslanla cinsi əlaqədə olduğu iddia edilən videonun yayılmasından sonra başlayıb.

Karaarslan videonun onun adı ilə saxta hesabdan yayımlandığını və Rusiyadan yükləndiyini, orada təsvir olunmadığını iddia edib.

Qeyd edək ki, Orhan Erdemir Türkiyə Superliqasının oyunlarında çalışmış keçmiş FİFA referisidi. O, hakimlər arasında romantik münasibətlərin cinayət olmadığını deyərək özünü müdafiə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right