Ten Haq bu gün postundan qovula bilər

“Aston Villa” ilə “Mançester Yunayted” arasındakı qarşılaşma baş məşqçi Erik ten Haq üçün “qırmızı şeytanlar”la sonuncu oyun ola bilər.

Newsport.az ESPN-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” uduzsa, niderlandlı məşqçi postundan uzaqlaşdırıla bilər.

54 yaşlı mütəxəssis 2022-ci ilin yayından “qırmızı şeytanlar”a rəhbərlik edir.

İngiltərə çempionatının 7-ci turunun “Aston Villa” – “Mançester Yunayted” matçı bu gün Birmingemdəki stadionda keçiriləcək. “Qırmızı şeytanlar” bu qarşılaşmaya kimi 7 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right