“Bozqurd” işarəsi göstərdiyi üçün cəzalandırılan Türkiyə millisinin futbolçusu Merih Demiralın heykəli ucaldılıb.
Newsport.az-ın məlumatına görə, heykəl Bolu şəhərində yerləşir.
Xatırladaq ki, Avropa Çempionatının 1/8 final mərhələsində Türkiyə yığmasının Avstriya ilə qarşılaşmasında (2:1) dubl edərək qələbədə böyük pay sahibi olan Merih Demiral qol sonrasında “bozqurd” işarəsi göstərmişdi. Siyasi jest kimi qiymətləndirilən bu addıma görə Merihə 2 oyunluq cəza verilmişdi.