"Yuventus" dopinqə görə 4 illik futboldan uzaqlaşdırılan, daha sonra cəzası 18 aya endirilən Pol Poqba ilə bağlı qərar verib.
Newsport.az-ın məlumatına görə, İtaliya nəhəngi 31 yaşlı yarımmüdafiəçini komandada saxlamayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Yuventus" yaxın günlərdə fransalı futbolçunun 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləsinə xitam verəcək.
Pol Poqbanın karyerasını ABŞ-də davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, Fransa millisinin sabiq üzvünün cəzası gələn ilin mart ayında başa çatır.