PSJ və "Real"ın sabiq futbolçusu millimizin üzvü ilə komanda yoldaşı oldu

"Real" və PSJ-nin sabiq futbolçusu Xese Rodriqesin yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı vinger karyerasını Malayziyada davam etdirəcək.

İspan futbolçu "Yohor Tazim"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan milli komandasının üzvü Eddi İsrafilov da "Yohor Tazim"də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right