Renat Dadaşov oynadı, "Ankaragücü" heç-heçə etdi

Türkiyə 1-ci Liqasında 8-ci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" doğma meydanda "Adanaspor"u qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard oyuna ehtiyatda başlayıb. O, 69-cu dəqiqədə Kevin Varqanın yerinə meydana daxil olub.

8 turdan sonra 10 xal toplayan "Ankaragücü" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right