"Barselona" "Mançester Siti"nin hücumçusunu istəyir

"Barselona" Norveç millisinin hücumçusunu transfer etmək istəyir.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yayda Erlinq Haalandı heyətinə qatmağı planlaşdırır. 

İspaniya nəhənginin yaydakı əsas transfer hədəfi Erlinq olacaq.

Bundan əvvəl "Real" da norveçlinin transfer etmək istəsə də, "Mançester Siti" onu buraxmamışdı. Mövsümün sonunda "Barselona" Haaland üçün "şəhərlilər"ə müraciət edəcək.

24 yaşlı futbolçuun "Mançester Siti" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right