“Yuventus” Ronaldo ilə bağlı məhkəmədən apellyasiya verəcək

“Yuventus” Kriştiano Ronaldoya 9,8 milyon avro ödəmək barədə məhkəmə qərarından apellyasiya şikayəti verib. Newsport.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira sosial şəbəkədə paylaşım edib.

“Məqsəd Arbitraj Məhkəməsinin 17 aprel tarixli qərarına əsasən portuqaliyalı futbolçuya ödənilməli olan 9,8 milyon avro məbləğini ləğv etdirmək və ya ən azaltdırmaqdı”, - deyə Skira yazıb.

Qeyd edək ki, İtaliya məhkəməsi “Yuventus”un sabiq hücumçusu Kriştiano Ronaldonun maaşının koronavirus pandemiyası zamanı dondurulmuş hissəsini ödəmədiyi üçün ona 9,8 milyon avro ödəməsini qərara almışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right