“Yuventus”un hücumçusu Arkadiuş Milik yenidən əməliyyat olunub. Newsport.az xəbər verir ki, Polşa millisinin üzvü ikinci dəfə cərrah bıçağı altına uzanıb.
30 yaşlı forvard iyunda da meniskindən əməliyyat olunmuşdu. Futbolçunun 2024-cü ilin son üç ayında komandasına kömək edə bilməyəcəyi açıqlanıb.
Qeyd edək ki, Arkadiuş Milik iyunda millinin heyətində Ukraynaya qarşı keçirilən yoldaşlıq görüşündə sol dizindən zədələnmişdi.