ÇL: "Yuventus"dan əzmkar qələbə, "Real" uduzdu, "Atletiko" darmadağın oldu Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II tur oyunlarına yekun vurulub. 

Newsport.az xəbər verir ki, ikinci oyun günündə də 9 görüş keçirilib.

"Real" səfərdə "Lill"ə uduzub. "Yuventus" bir nəfər azlıqda "Leypsiq"ə qalib gəlib. "Benfika" "Atletiko"u darmdağın edib. "Liverpul" isə "Bolonya"nı məğlub edib. 

Qeyd edək ki, Liqa mərhələsində III tur 22-23 oktyabrda keçiriləcək.

Çempionlar Liqası
Liqa mərhələsi, II tur
2 oktyabr

20:45. "Jirona" (İspaniya) – "Feyenord" (Niderland) - 2:3
Qollar: Lopez, 19, Beek, 73 // Herrera, 23 (aq), Milambo, 33, Kreyçi, 79 (aq)

20:45. "Şaxtyor" (Ukrayna) – "Atalanta" (İtaliya) - 0:3
Qollar: Dyimsiti, 21, Lukman, 44, Bellanova, 48

23:00. "Aston Villa" (İngiltərə) – "Bayer" (Almaniya) - 1:0
Qol: Duran, 79

23:00. "Lill" (Fransa) – "Real" (İspaniya) - 1:0
Qol: David, 45+3 (pen) 

23:00. "Leypsiq" (Almaniya) – "Yuventus" (İtaliya) - 2:3
Qollar:  Şeşko, 30, 65 (pen) // Vlahoviç, 50, 68, Koseçao, 82  

23:00. "Liverpul" (İngiltərə) – "Bolonya" (İtaliya) - 2:0
Qollar: Allister, 11, Salah, 75 

23:00. "Benfika" (Portuqaliya) – "Atletiko" (İspaniya) - 4:0
Qollar: Aktürkoğlu, 13, Di Maria, 52 (pen), Bah, 75, Kökçü, 75 (pen) 

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Monako" (Fransa) - 2:2
Qollar: Suşiç, 45+3, Baturina, 66 // Salisu, 74, Zakariya, 90 (pen) 

23:00. "Şturm" (Avstriya) – "Brügge" (Belçika) - 0:1
Qol: Tzolis, 24





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right