İspaniyanın "Barselona" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi "Yuventus"dan ayrıldıqdan sonra karyerasını bitirdiyini açıqlayan Voyçex Şesnıyi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Polşalı qolkiperlə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Barselona"nın əsas qapıçısı Mark Andre ter Ştegen zədə səbəbindən mövsümün sonuna kimi oynamayacaq.