Türkiyənin “Qalatasaray” komandasının hücumçusu Viktor Osimhen UEFA Avropa Liqasında Liqa mərhələsinin 2-ci turunu zədə səbəbindən buraxacaq.
Newsport.az-ın məlumatına görə, 25 yaşlı futbolçunun sol ayağında zədə aşkarlanıb.
O, bu səbəbdən Avroliqada Latviya təmsilçisi RFS ilə matçda meydana çıxa bilməyəcək. Sözügedən qarşılaşma oktyabrın 3-də Latviyada baş tutacaq.