Almaniya prezidenti Frank-Valter Ştaynmayer “Borussiya” (Dortmund, Almaniya) və “Liverpul”un (İngiltərə) sabiq baş məşqçisi Yürgen Kloppu ordenlə təltif edib.
Newsport.az-ın məlumatına görə, 57 yaşlı mütəxəssis Almaniya qarşısındakı xidmətlərinə görə ordenə layiq görülüb.
Klopp Liverpul”un baş məşqçisi postunu tərk etdikdən sonra karyerasını sonlandırdığını açıqlayıb.