La Liqada sentyabr ayının ən yaxşı baş məşqçisi bəlli oldu

İspaniyanın “Atletik” (Bilbao) klubunun baş məşqçisi Ernesto Valverde sentyabr ayı üçün La Liqada ən yaxşı baş məşqçi seçilib.

Newsport.az xəbər verir ki, 60 yaşlı mütəxəssislə yanaşı, Hans-Diter Flik (“Barselona”) və Karlo Ançelotti (“Real” Madrid) bu ad uğrunda mübarizə aparıb.

“Atletik” ötən ay “Las Palmas” (3:2), “Leqanes” (2:0) və “Selta”ya (3:1) qalib gəlib, “Sevilya” ilə də heç-heçə edib (1:1). Komanda 14 xalla turnir cədvəlində 5-ci sırada qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right