Ronaldo: "Mükafat qazanmaq mənim üçün vacib deyil"

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo gələcək planlarından danışıb.

Newsport.az xəbər verir ki, 39 yaşlı forvard titullar qazanmağı hədəfləmədiyini deyib: 

“Hazırda mən futboldan həzz alıram. Çünki bilirəm ki, meydanda çox vaxtım yoxdur. İndi mənim üçün ən yaxşı oyunçu olmaq və ya mükafatlar qazanmaq vacib deyil. Mənim üçün əylənmək və komandama kömək etmək vacibdir”.

Qeyd edək ki, Ronaldo bu mövsüm bütün yarışlarda 7 matça çıxıb, 6 qol vurub və  2 qolun ötürməsini verib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right