Kriştianu Ronaldu Asiya Çempionlar Liqasında vurduğu qolu atasına həsr edib

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Asiya Çempionlar Liqasının II turunda Qətərin “Ər-Rayyan” komandasına vurduğu qolu mərhum atasına həsr edib.

Newsport.az "A Bola"ya istinadən xəbər verir ki, ulduz futbolçu vurduğu qolun fərqli olduğunu və onu atasının ad gününə həsr etdiyini bildirib.

O, "Ər-Rayyan"la matçın 77-ci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, K.Ronaldunun atası Xose Diniş Aveyru DÇ-2006-nın seçmə mərhələsində 2005-ci ildə Moskvada baş tutan Rusiya - Portuqaliya matçından (0:0) əvvəl qaraciyər çatışmazlığından dünyasını dəyişib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right