Voyçex Şensnı "Barselona"da

“Yuventus”un və Polşa yığmasının sabiq qapıçısı Voyçex Şensı “Barselona”ya keçməyə yaxındır.

Newsport.az xəbər verir ki, o, bu gün Barselonaya yollanıb.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

34 yaşlı qolkiperin bu gün Kataloniya klubunda tibbi müayinədən keçəcəyi gözlənilir. 

Qeyd edək ki, “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen zədələnərək uzun müddətə sıradan çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right