Millimizin üzvü oynadı, komandası qalib gəldi

Türkiyə birinci liqasında 7-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geydiyi “Boluspor” öz meydanında “Manisa”nı qəbul edib.

Matça ehtiyat oyunçular skamyasından başlayan İsgəndərli 90+2-ci dəqiqədə Paul Mukairunun əvəzinə meydana daxil olub.

Qarşılaşma “Boluspor”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran “Boluspor” turnir cədvəlində 13-cü pilləyə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right