Renat üzüldü, Coşqunla Vüsal qələbəyə sevindilər

Türkiyə 1-ci liqasında 7-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçuların komandaları da növbəti matçlarına çıxıblar.

Vüsal İsgəndərlinin oynadığı “Boluspor” komandası evdə “Manisa” ilə qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib. Azərbaycanlı hücumçu 90+2-ci dəqiqədə meydana buraxılıb.

Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” isə bu turda doğma meydanda Renat Dadaşovlu “Ankaragücü” ilə qarşılaşıb və 2:0 hesabıyla qalib gəlib. Coşqun start heyətdə başladığı bu matçın 76-cı dəqiqəsində sarı vərəqə görüb, 83-də də əvəzlənib. Dadaşov isə 59-cu dəqiqədə meydana buraxılıb. Ankara təmsilçisinin digər azərbaycanlı futbolçusu Həsən Nəzərov isə ehtiyatda qalıb.

7 turdan sonra “Bandırmaspor” 11 xalla 6-cı, “Boluspor” 9 xalla 13-cü, eyni xala malik “Ankaragücü” isə 14-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right