“Arsenal”ın baş məşqçisi Mikel Arteta kimi dünyanın ən yaxşı futbolçusu hesab etdiyini bildirib.
Newsport.az-ın məlumatına görə, ispaniyalı çalışdırıcı tarixin ən yaxşısının Lionen Messi olduğunu söyləyib:
“Mənim üçün bu, Lionel Messidir. Oğullarımla bu məsələyə münasibətimiz eynidir. Onun oyununu izləmək bizə qismət oldu. O, tarixin ən yaxşısıdır”.
Messi 8 dəfə “qızıl top”un qalibi olub. Argentinalı futbolçu hazırda MLS-də, “İnter Mayami”də çıxış edir. Tərəflər arasındakı müqavilə gələn ilin sonunda başa çatacaq.
37 yaşlı hücumçu bu mövsüm 15 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib.