“Biz Vinisiusa dəstək olmalıyıq” Bellingem

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem La Liqa matçları zamanı irqçiliklə üzləşən komanda yoldaşı Vinisius Junioru dəstəkləyib.

Newsport.az-ın məlumatına görə, ingiltərəli futbolçu, Vinisiusun buna görə kədərləndiyini bildirib:

“O, bu məsələni qabartmaqla yaxşı şeyləri təbliğ edir. Onu belə görmək çətindir. Vinisius hətta oynamağı dayandırmağı düşündüyünü söylədi. O, özünü rahat hiss etsin deyə, biz ona dəstək olmalıyıq”.

Vinisius İspaniya çempionatının cari mövsümündə 7 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right