Kloze "Hannover"lə görüşdə Mahir Emreliyə şans verəcək?

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Almaniya İkinci Bundesliqasının 7-ci turunun “Hannover”lə qarşıdakı oyunu haqda danışarkən, komandanın bu görüş üçün mümkün start heyətinə də toxunub.

Newsport.az-ın məlumatına görə, Klozenin fikrincə, azərbaycanlı hücumçu sabah baş tutacaq oyunda əsas heyət üçün variantlardan biridir. 

Xatırladaq ki, millimizin forvardı “Nürnberq”də debütünü ötən tur “Herta” ilə görüşdə 39-cu dəqiqədə meydana çıxaraq edib.

Əlavə edək ki, "Hannover" - "Nürnberq" görüşü sentyabrın 29-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right