Sergen Yalçın Almaniyada çalışa bilər

"Beşiktaş"ın sabiq baş məşqçisi Sergen Yalçın Almaniyada çalışa bilər.

Newsport.az-ın məlumatına görə, "Şalke" türk mütəxəssisi komandanın "sükan"ı arxasına gətirmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

II Bundesliqa təmsilçisi 51 yaşlı məşqçinin xidmətində maraqlıdır. Klub rəhbərliyi qısa zamanda danışıqlara başlayacaq.

Qeyd edək ki, "Şalke" II Bundesliqada 6 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right