"Barselona" bir müddət əvvəl satmaq istədiyi Rafinya ilə bağlı qərarını dəyişib.
Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi uğurlu mövsüm keçirən braziliyalı vingeri uzun müddət komandada saxlamaq istəyir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Klub rəhbərliyi 27 yaşlı futbolçunun 2027-ci ilədək müqaviləsinin müddətini uzatmağı planlaşdırır. La Liqa nəhəngi "sambaçı"ya yeni sözləşmə təklif edəcək.
Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü bu mövsüm İspaniya təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.