UEFA İspaniyanın "Barselona" klubunu cəzalandırıb.
Newsport.az-ın məlumatına görə, buna səbəb Kataloniya təmsilçisinin azarkeşlərinin Çempionlar Liqasının "Monako" ilə matçında (1:2) nasist pankartı istifadə etmələridir.
Ali futbol qurumu "Barselona"nı 10 min avro məbləğində cərimələyib. Bundan başqa İspaniya nəhənginin Çempionlar Liqasında keçirəcəyi növbəti oyunda qonaq azarkeşlər üçün bilet satılmayacaq. "Barselona" Serbiyada "Srvena Zvezda" ilə görüşdə dəstəksiz qalacaq.