"Fənərbaxça"da 2019-cu ildən sonra bir ilk

"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç UEFA Avropa Liqasında "Union"la (Belçika) oyunda performansı ilə diqqət çəkib.

Newsport.az xəbər verir ki, xorvatiyalı qolkiper “Fənərbaxça”da 2019-cu ildən sonra bir ilkə imza atıb.

O, oyunun 90+2-ci dəqiqəsində rəqib futbolçusu Franko İvanoviçin vurduğu penalti zərbəsini dəf etməyi bacarıb.

"Opta"nın məlumatına görə, matçda penaltini dəf edən Livakoviç 2019-cu ildə Harun Tekindən sonra "Fənərbaxça" forması ilə avrokubok matçında bunu bacaran ilk qapıçı olub. Həmçinin, Xorvatiya millisinin üzvü oyunda 5 seyv etməklə komandasının qələbəsində böyük pay sahibi olub.

Qeyd edək ki, oyun "Fənərbaxça"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right