“Bavariya” və “Çelsi” “Milan”ın qapıçısı Mik Menyanla maraqlanır. Newsport.az xəbər verir ki, London klubu fransalı futbolçuya son aylar xüsusi maraq göstərir.
Hətta 29 yaşlı qolkiperlə bağlı İtaliya klubu ilə bir neçə dəfə təmas qurulub. Bununla belə, Menyan “rossonyerlər”i tərk etmək istəyi ilə bağlı rəhbərliyə heç nə deməyib. “Milan”ın aparıcı üzvünü 80 milyon avrodan ucuz qiymətə satmaq fikrində deyil.
Menyanın klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimidi.